İdman 23:37 21.12.2022

Rusiyalı atlet Olimpiadanın qızıl medalından məhrum edildi

400 metr məsafəyə maneələrlə qaçış üzrə Olimpiya çempionu Natalya Antyux antidopinq qaydalarını pozduğuna görə 2012-ci il Olimpiya qızılından məhrum edilib.

Qaynarinfo xəbər verir ki, Rusiyalı idmançı ilə bağlı qərarı bu gün Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.

İdmançının 15 iyul 2012-ci ildən 29 iyun 2013-cü il tarixədək göstərdiyi nəticələr ləğv edilib. Onun apelyasiya şikayəti verməyəcəyi bildirilib.

Hazırda qızıl medal amerikalı Laşinda Demusa verilməlidir.

Xatırladaq ki, Antyux və digər rusiyalı idmançı Andrey Silnov antidopinq qaydalarını pozduqlarına görə 4 il müddətinə diskvalifikasiya olunublar.