"Rusiyadan Azərbaycana gələnlərin sayında dinamik artım hər zaman olub”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bu ilin yanvar-avqust aylarında Azərbaycana üz tutan 1343,7 min turist sayından danışarkən deyib. Ekspert hesab edir ki, bunun səbəbi Rusiyaya tətbiq edilən sanksiyalarla bağlıdır:
"Rusiyaya sanksiyalar tətbiq olunur. Əsasən də bir çox ölkələrə, o cümədən Avropaya girişlərində müəyyən məhdudiyyətlər yaranıb. Əlbəttə ki, onlar özlərinə dost olan ölkələrə üz tuturlar. Azərbaycan MDB məkanında ən əlverişli mühiti olan məkanlardan biridir”.
Azərbaycana gələnlərin arasında kişilərin üstünlük təşkil etməsinə gəlincə, ekspert bunu Rusiya-Ukrayna arasında gedən müharibə ilə əlaqələndirib:
"İki ilə yaxındır ki, Ukrayna ilə aparılan müharibə gedir və buna görə çağırış elan olunur. Əlbəttə ki, çağırışdan yayınma prosesi artıq hər kəsə məlumdur. Rusiyada bu gün əsgərliyə, müharibəyə çağırış yaşı olanların əksəriyyəti bu yolla yayınırlar. Onlar müxtəlif yollarla keçmiş MDB ölkələrinə, Türkiyə, Birləşmiş Ərəb Əmirliyinə, Çinə keçməyə çalışırlar. Ona görə də ölkəmizə gələnlərin arasında kişilərin sayının çox olması təbii haldır. Onların bir niyyəti var, müharibədə iştirak etməmək”.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 7,5 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 4,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Qazaxıstan, 2,4 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Böyük Britaniya, 11,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.
Bahar Rüstəmli
Şərhlər