Dünya 16:33 21.06.2023

Rusiyanın ən böyük bukmeker şirkətinin qurucusu 42 yaşında İsveçrədə öldü

 İsveçrədə tibbi müayinə zamanı dünyanın ən böyük bukmeker şirkətlərindən biri olan 1xBet-in həmtəsisçisi Sergey Karşkov dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Mərhumun dostu Pavel Muntyanın "Baza"ya verdiyi məlumata görə, 1xBet-in təsisçilərindən biri bir gün əvvəl "chek-up” üçün İsveçrə klinikasına gəlib. Prosedurlar zamanı "MRT üçün kontrast maye allergik reaksiyaya səbəb olub", bundan sonra 42 yaşlı Karşkov komaya düşüb və az keçəndən sonra ölüb.

Sergey Karşkov 1980-ci ildə Ukrayna SSRİ-nin Kiyev vilayətində anadan olub. Oradan Bryanska köçüb və orada burada yerli polis idarəsində çalışıb. 2000-ci illərin sonunda o, Roman Semyoxin və Dmitri Kazorinlə birlikdə Bryanskda yerləşən 1xBet bukmeker şirkətini qurub. O, təkcə Rusiyada deyil, həm də dünyada ən böyük şirkətlərdən birinə çevrilib. Xüsusilə, 1xBet "Barselona” futbol klubunun rəsmi tərəfdaşı kimi çıxış edib.

2020-ci ildə Karşkov və 1xBet-in digər təsisçiləri beynəlxalq axtarışa verilib. Rusiyada onlara qarşı cinayət işi açılıb. 

Hüquq-mühafizə orqanları iş adamlarını həbs edə bilməyib. Hər üçünün də Kipr vətəndaşlığı olduğu üçün onlar Kiprə köçüblər. 

Nizami Bağırov