Ölkə 08:30 01.02.2024

Rusiyaya işləməyə gedən azərbaycanlı gənc öldü (FOTO)

Rusiyada Azərbaycan vətəndaşı vəfat edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs Mirzəyev Zahir Muxtar oğludur.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

Z.Mirzəyev əslən Cəlilabad rayonundandır. O, bir müddət öncə işləmək üçün Rusiyaya gedibmiş.

Hazırda onun cənazəsi Azərbaycana gətirilir.