İdman 20:34 05.05.2023

"Sabah" 3 xalı üç qolla qazandı

Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib. 

Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutub. "Kəpəz" "Sabah"ı qəbul edib. 

Gəncə stadionunun yararsız vəziyyətdə olmasına görə Qəbələdə baş tutan görüşdə Bakı klubu 0:3 hesablı qələbə qazanıb. "Sabah"ın qollarını Aleksey Kaşuk (4), Emmanuel Apeh (16) və Davit Volkov (83) rəqib qapısından keçirib. 

Bununla da xallarının sayını 77-yə yüksəldən qonaqlar turnir cədvəlinin ikinci pilləsində yerini bir qədər də möhkəmləndirib.

Səbuhi Həsənov