Ekonomiks 12:44 31.01.2023

Sabah “Azəriqaz” rəhbərliyinin canlı yayımı olacaq

Fevral ayının 1-də saat 15:00-da "Facebook” və "Instagram” sosial şəbəkələri üzərindən "Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

Bu barədə Qaynarinfo-ya "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki. Abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.