İdman 16:56 10.12.2023

"Sabah" "Səbail"i darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Sabah" "Səbail"i qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 7 və 21-ci dəqiqədə Sofian Çakla, 28-ci dəqiqədə Cesse Sekidika, 59-cu dəqiqədə Vinsent Til vurub.

"Sabah" 22 xalla 7-ci, "Səbail" 23 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) səfərdə məğlub edib. "Zirə" - "Araz-Naxçıvan" matçında isə hesab açılmayıb.