Ölkə 10:38 07.05.2023

Sabiq polis əməkdaşı faciəvi şəkildə həlak oldu (FOTO)

Samuxda qəzada ölən şəxs təqaüddə olan polis olub.

"Unikal"ın məlumatına görə, dünyasını dəyişən 1977-ci il təvəllüdlü Elmar Əsgərov Samux Rayon Polis şöbəsində çalışırmış. O bir müddət əvvəl təqaüdə çıxıb. 

Qəza zamanı 1970-ci il təvəllüdlü Nəbiyev Bəhman Həsən oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlu xəsaərt alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan Z.Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir. 

Məlumata görə, qəzaya düşənlər toydan qaydırmış.

Faktla bağlı araşdırma aparılır.