Ölkə 09:40 29.01.2022

Sabirabadda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Sabirabad rayonunda bir ailənin üzvləri dəm qazından zəhərlənib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Fərəcovlar ailəsinin 5 üzvü - Arzu, Səbinaz, Aysel, Adəm və Asif evdə dəm qazından zəhərlənib.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.