Video 18:51 25.03.2023

Sabunçuda 3 evdə sayğaca qanunsuz müdaxilə aşkarlandı (VİDEO)

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindəki fərdi yaşayış evlərində qaz sayğaclarına qanunsuz müdaxilələr aşkarlanıb.

Bu barədə Qaynarinfo-ya "Azəriqaz” İB-dən məlumat verilib.

Kənar müdaxiləyə məruz qalan 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilib və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

Daha ətraflı video materialda: