Ekonomiks 12:19 16.10.2022

Sahibkarlarla növbəti görüş bu rayonda keçiriləcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qaynarinfo xəbər verir ki, SOCAR "Azəriqaz” İB-nin KOBİA ilə birgə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq. 

Aksiya Heydər Əliyev prospekti 13 ünvanında (YAP Samux rayon təşkilatının inzibati binasında) baş tutacaq. "Səyyar qəbul otağı” oktyabrın 19-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.