Ekonomiks 09:55 07.03.2023

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
 
Qaynarinfo xəbər verir ki, SOCAR "Azəriqaz” İB-nin KOBİA ilə birgə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda  görüşü təşkil olunacaq.
 
Aksiya Təzəkənd  ərazisində QPS-in qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” mart ayının 9-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.
 
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.