Ölkə 18:37 05.04.2023

Salyanda ağır qəza: 3 nəfər ölüb, 3 nəfər yaralanıb (ADLAR/YENİLƏNİB/FOTO)

Bakı-Salyan yolundakı qəzada ölənlərin kimliyi məlum olub. 

"Report”un məlumatına görə, bunlar Neftçala rayon sakinləri - 1970-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Mikayılova Mirsəkinə Mirqiyas qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızıdır.

Həmçinin qəza nəticəsinə Neftçala rayon sakinləri - 1966-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlu, 2020-ci il təvəllüdlü Bağırov Baycan Bayram oğlu və 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı xəsarət alıb.

17.19
 
Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən Qaynarinfo-ya bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:

"İlkin məlumata görə, "Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan "KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində "Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü 1 qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".

Faktla bağlı araşdırma aparılır.

17.07
 
Salyan rayonunda 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report”un məlumatına görə, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Yaralılardan biri 2-3 yaşlı uşaq, digərləri isə qadın və kişidir. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.