Ölkə 10:19 06.04.2023

Salyanda baş verən qəzada tanınmış musiqiçi anası və 3 yaşlı oğlunu itirdi (FOTO)

Bakı-Salyan yolundakı qəzada həyatını itirənlərdın ikisi tanınmış musiqiçi Bayram Bağırsoyun ailə üzvləridir.

Qaynarinfo xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qəza zamanı onun anası və üç yaşlı oğlu vəfat edib. 
 
Ağır qəzadan sonra ölənlərin sayı dörd nəfərə çatıb.

Qeyd edək ki, dünən Bakı-Salyan yolunda baş verən qəzada "Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan "KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. 
 
Günay