İdman 16:06 09.04.2022

"Şamaxı" yeni stadiondakı ilk rəsmi matçında məğlub oldu

Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.

Qaynarinfo-nun məlumatına görə turun ilk matçı Şamaxıda baş tutub. Bölgə təmsilçisi yeni ad altında ilk rəsmi görüşünü keçirib. Sənan Qurbanovun komandası Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edib. 

Qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri Rəhman Hacıyevin qolu ilə hesabda önə keçib. Ancaq komanda bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. "Neftçi" ikinci hissədə 60-cı dəqiqədə Tyaqo Bezerranın qolu ilə bərabərliyi təmin edib. 72-ci dəqiqədə isə paytaxt klubunun futbolçusu Ramon Maçado qələbə qolunu vurub. Beləliklə "Şamaxı" yeni adı altında ilk rəsmi matçında məğlub olub.

Bu gün turun daha bir matçı Masazırda baş tutacaq. "Sabah" "Bank Respublika Arena"da "Zirə" ilə qarşılaşacaq.

22-ci tura sabah "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

Səbuhi Həsənov