İdman 11:45 06.04.2022

"Şamaxı"dan ilk yenilik

Bugündən etibarən "Keşlə"nin adı rəsmi şəkildə dəyişdirilərək "Şamaxı" olub.
 
Qaynarinfo xəbər verir ki, Peşəkar Futbol Liqasının klubun adının dəyişdirilməsi ilə bağlı açıqlamasından sonra "Şamaxı"da ilk yenilik sosial şəbəklərlə bağlı olub. Belə ki, "Keşlə"nin sosial şəbəkədəki səhifələrinin də adları dəyişdirilərək "Şamaxı"ya çevrilib.
 
Artıq istifadəçilər klubu sosial şəbəklərdə də yeni adı ilə izləyə biləcəklər. Təbii ki, adla yanaşı klubun profil şəklində yeni loqododan da istifadə olunacaq.
 

 
Səbuhi Həsənov