Moldova prezidenti Maya Sandu Rusiya xüsusi xidmət orqanlarının Kişinyovdakı səfirlik vasitəsilə genişmiqyaslı müşahidəsi ilə bağlı jurnalist araşdırmasını şərh edib.
Qaynarinfo NewsMaker-ə istinadən xəbər verir ki, o bu barədə çərşənbə axşamı, iyulun 25-də keçirdiyi mətbuat konfransında
danışıb.
Sandunun sözlərinə görə, Moldova xüsusi xidmət orqanları Rusiyanın casusluğu ilə bağlı məlumatlardan xəbərdardır.
"Bu məlumat bizim kəşfiyyat orqanlarına məlumdur. Müvafiq vaxtda onlar təfərrüatları bildirəcək və bu problemin həll yollarını təklif edəcəklər", - o əlavə edib.
Xatırladaq ki, Jurnal TV və The Insider tərəfindən aparılan son araşdırmada Rusiyanın Moldovadakı səfirliyinin damında Rusiya xüsusi xidmət orqanlarının müşahidə üçün istifadə etdiyi onlarla anten və qurğular quraşdırıldığı bildirilirdi.
Bundan sonra Moldova XİN Rusiya səfiri Oleq Vasnetsovu Rusiya xüsusi xidmət orqanlarının Kişinyovdakı hərəkətləri ilə bağlı izahat almaq üçün nazirliyə dəvət edib.
Nizami Bağırov
Şərhlər