Dünya 19:10 29.09.2022

Səfərbərlikdən sonra xarici ölkələrə bilet alan rus polislərlə bağlı qərar verildi

Sentyabrın 21-dən sonra məzuniyyətə çıxmağa hazırlaşan Şimal paytaxtının və Leninqrad vilayətinin polislərinə ölkəni tərk etmək qadağan edilib.

Qaynarinfo bu barədə nəşrinə istinadla xəbər verir.

Bu arada, qismən səfərbərlik elan olunmamışdan əvvəl tətilini planlaşdıran və əvvəlcədən bilet alan hüquq-mühafizə orqanlarının əməkdaşlarının yola salınmasına icazə verilib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, müvafiq əmri daxili işlər naziri Vladimir Kolokoltsevin göstərişinə istinad edərək şəhər və rayon üzrə mərkəzi aparatın rəhbəri Roman Plugin verib. Bu məlumat Rusiya bölgələrindəki bütün idarələrə ötürülüb.

47News-un qeyd etdiyi kimi, Türkiyə və Tayland Sankt-Peterburq təhlükəsizlik qüvvələrinin ən populyar istirahət yerləridir.

Xatırladaq ki, bundan əvvəl Finlandiya sentyabrın 30-dan ruslar üçün sərhədlərin bağlanacağını təsdiqləyib.
 
Alpər