Dünya 17:03 31.05.2023

Senator Qrem Ukraynanın gözlənilən “təsirli güc nümayişi”ndən danışdı

ABŞ senatoru Lindsi Qrem Kiyevə səfəri və Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbi planları, o cümlədən iddia edilən əks-hücum əməliyyatı barədə "dərindən” məlumatlandırılıb. 

Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.
 
"Yaxın günlərdə siz ukraynalıların kifayət qədər təsirli güc nümayişini görəcəksiniz", - senator vəd edib. Eyni zamanda, o, əks-hücumun konkret vaxtını dəqiqləşdirməkdən imtina edib, lakin bildirib ki, "bəzi əməliyyatlar artıq başlayıb”.
 
Qrem həmçinin əlavə edib ki, o, Zelenskiyə Ukraynanı "işi başa çatdırmaq üçün etibarlı silah və texnologiyalar paketi” ilə təmin etmək üçün hər şeyi edəcəyinə söz verib.
 
Bir neçə ay əvvəl Rusiya Federasiyası Daxili İşlər Nazirliyi "rusların ölümü” haqqında danışdığı videodan sonra Qremi axtarışa verib.