Siyasət 10:00 09.05.2023

Sergey Kopırkin: “Qərb Moskvanı Qarabağ danışıqlarından kənarlaşdırmaq istəyir”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Brüssel və Vaşinqtonun Rusiya vasitəçiliyinə alternativ təklif etmədən Moskvanı Ermənistan və Azərbaycan arasında danışıqlar prosesindən kənarlaşdırmaq cəhdlərini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, o bu barədə "Sputnik Ermənistan"a müsahibəsində qeyd edib ki, yeni meydançalrın yaranması ilə: "Brüssel", "Vaşinqton" kimi müxtəlif oyunçular bu meydançada oynamağa çalışırlar, lakin ümumilikdə bu razılaşmalara mahiyyətcə yeni heç nə əlavə olunmayıb.

"...Biz sülhə doğru irəliləməyə imkan verəcək istənilən səyləri, hər hansı töhfəni dəstəkləyirik. Amma, fikrimizcə, bu töhfə əvvəllər əldə edilmiş razılaşmalara uyğun getməlidir. Bu, əlamətdar məqamdır. Çünki kimsə Rusiyanın müqavilələrdə iştirakını böyük "minus” hesab edir və buna baxmayaraq heç kim alternativ təklif etmir. Onlar nəsə etmək istəyirlər, sanki "bu olub”, amma Rusiya olmadan”, - Kopirkin bildirib. 

Rusiya Federasiyasının əsas mövqeyi ondan ibarətdir ki, nizamlanmaya gedən yol ilk növbədə 2020-ci ilin noyabrında əldə edilmiş və 21-22-də hazırlanmış müvafiq üçtərəfli razılaşmaların tam icrasından keçir. Bu yolun alternativi yoxdur.

Diplomatik missiyanın rəhbəri təhlükəni bu çox mürəkkəb, incə, emosiyalarla dolu, Ermənistan-Azərbaycan barışığı, Dağlıq Qarabağ probleminin həlli məsələlərinə geosiyasi amillərin daxil edilməsi cəhdlərində görür. Bu cür cəhdlər aydın şəkildə nizamlanmaya kömək etmir. Rusiya da öz növbəsində nəzərdə tutulan bütün formatların yerinə yetirilməsini təmin etmək üçün israrla çalışır: regional kommunikasiyaların blokdan çıxarılması, sərhədin delimitasiyası, sülh müqaviləsi. Səfirin sözlərinə görə, bu, Rusiya Federasiyasının regionda prioritet, əsas məqsədidir.

Kopırkin həmçinin əmindir ki, bütün tərəflərin maraqlarını nəzərə alan balanslaşdırılmış həll yolu tapmadan (bu gün nə qədər çətin görünsə də) davamlı sülhə nail olmaq mümkün deyil. Bu, regionda uzunmüddətli, sabit sülhə nail olmağın yeganə yoludur.

Dünən mətbuatda Ermənistan və Azərbaycan liderlərinin mayın 14-də Brüsseldə görüşünün keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Daha əvvəlsə iki ölkənin xarici işlər nazirləri arasında dörd günlük (1-4 may) Vaşinqtonda görüş keçirilib.

Alpər