Ekonomiks 18:58 29.06.2022

Sərnişini təpikləyən avtobus sürücüsü işdən çıxarıldı (VİDEO)

Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır.

Qaynarinfo APA-ya istinadən məlumatına görə, "Sumqayıt Nəqliyyat-1” MMC-nin direktoru Elgiz Fərəcov bildirib ki, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb.

İnsident nəticəsində xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, sərnişin avtobusunda baş verən məlum hadisə barədə sosial şəbəkədə videogörüntülər yayılıb.

İnsident iyunun 16-sı şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda olub.

Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Faktla bağlı polisə müraciət olunub və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.