Video 15:40 18.02.2022

Sərnişinlərə şad xəbər: Qatarların hərəkəti bərpa olunur (VİDEO)

İki ildən çoxdur ki, fəaliyyəti dayanan sərnişin qatarlarının ölkədaxili hərəkəti bərpa oluna bilər.

Bu barədə Qaynarinfo-ya etibarlı mənbələrdən məlumat daxil olub. Məlumata görə, yaxın vaxtlarda Azərbaycanda bir neçə bölgə istiqamətində qatarların hərəkəti bərpa olunacaq. İlk olaraq Bakı-Gəncə-Qazax dəmir yolu üzrə hərəkət edən qatarların bərpası gözlənilir.

Qeyd edək ki, Azərbaycanda sərnişin qatarlarının fəaliyyəti iki ildən yuxarıdır ki, dayanıb. 

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan Qaynarinfo-ya məsələ ilə bağlı məlumatsız olduqlarını bildiriblər.

Aydın