Dünya 16:16 22.09.2023

Sevastopolda Rusiya Qara dəniz Donanmasının qərargahına raket hücumu (FOTO)

İşğal altında olan Sevastopolda güclü partlayış səsləri eşidilib və yerli kanallar raket hücumu elan edib.

Qaynarinfo xəbər verir ki, rus işğalçıları Sevastopol körfəzi üzərinə süni tüstü pərdəsi buraxsalar da, qara tüstünün də olduğu bildirilir. İşğal olunmuş Sevastopolun Qaleiteri Mixail Razvojayev bildirib ki, Qara dəniz donanmasının qərargahına raket hücumu həyata keçirilib. 

"Lunaçarski teatrının yaxınlığına bir parça düşüb. Əgər belə elementlər tapsanız, yaxınlaşmayın və 112-yə zəng edin. Bütün təcili yardım xidmətləri hadisə yerinə gedib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir", - o, Telegram-da yazıb.

Alpər