Sənət 16:07 26.03.2023

“Sevil” operası yenidən səhnədə

Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operası nümayiş olunacaq.

Qaynarinfo xəbər verir ki, səhnə əsərində Sevil obrazını teatrın solisti Fatimə Cəfərzadə canlandıracaq.

Operada digər əsas rolları Əməkdar artistlər İnarə Babayeva, Tural Ağasıyev, Səbinə Vahabzadə, teatrımızın solistləri Atəş Qarayev, Mahir Tağızadə, Fəhmin Əhmədli, Esmira Məmmədova, Sadiq Məlikov və Nəzər Bəylərov ifa edəcəklər.

Əsər qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət onların geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir.