Maqazin 17:09 29.06.2022

“Sevimli Minyonlar” “CinemaPlus”da

"CinemaPlus” premium kinoteatrlar şəbəkəsində iyunun 30-dan etibarən hər kəsin sevdiyi "Minyonlar 2” kimi tanınan, Amerikan animasiya komediyasının - "Minyonlar: Qrüvitasiya” nümayişi başlayacaq. Bu, "Mən yaramazam” (2010) cizgi filmində tamaşaçıların qarşılaşdıqları kiçik sarı canlılar haqqında "Minyonlar” (2014) filminin davamıdır.

Rejissor Kayla Balda. Stiv Karell və Pyer Koffen əvvəlki hissələrdəki rollarını təkrarlayırlar. Taraci Henson, Mişel Yeo, RZA, Jan-Klod Van Damm, Lyusi Lauless, Dolf Lundqren, Denni Treho, Rassell Brend, Culi Endryus və Alen Arkin də aktyor heyətinə qoşulub.

Dünya premyerası 13 iyun 2022-ci ildə Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında baş tutdu.

Bir milyon ildir ki, minionlar ONUNLA görüşənə qədər ən böyük və ən dəhşətli lideri axtarırlar. Qrü ilə tanış olun. O, hələ çox gənc olsa da, planlarında planeti titrədəcək həqiqətən pis şeylər var.

Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, "Minyonlar: Qrüvitasiya” filmini "Dəniz Mall” Ticarət mərkəzində yerləşən "CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.