Ölkə 21:27 29.06.2022

"Səyyar qəbul otağı" bu dəfə Samuxda (FOTO)

"Səyyar qəbul otağı" Samuxda quruldu.

Qaynarinfo xəbər verir ki, "Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla növbəti, sayca 97-ci görüş Samux rayonunda baş tutub.

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev və Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların qaz təsərrüfatına dair problem və təkliflərini dinləyiblər. Sakinlər küçə qaz xəttinin çəkilməsi, sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ediblər. Ünvanlanan müraciətlərin qeydiyyata alınaraq araşdırılması üçün tapşırıq verilib. Vətəndaşlara daxil olan müraciətlərin Birlik rəhbərinə çatdırılacağı ilə bağlı məlumat verilib.