Ekonomiks 20:00 01.05.2023

"Səyyar qəbul otağı" Gəncədə təşkil olundu (FOTO)

Ölkənin 2-ci böyük şəhəri olan Gəncədə keçirilən "Açıq mikrofon” aksiyasında ümumilikdə 10 müraciət ünvanlanıb.

Qaynarinfo xəbər verir ki, mikrofon önünə çıxan sakinlərin müraciətləri qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, eləcə də fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub. Bundan başqa 4 abonent əvvəlki aksiyalarda etdikləri müraciətlərin həll olunmasına görə ölkə başçısı və SOCAR rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Gəncə RQİİ-nin rəhbər şəxsləri bundan sonra da operativ fəaliyyətə davam edəcəklərini bildirərək səsləndirilən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.