Böyük bir araşdırmaya görə, dünyada xərçəng diaqnozu qoyulan 50 yaşdan aşağı insanların sayı otuz il ərzində 80%-ə yaxın artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "New voice”
yazır.
Dünyada erkən başlayan xərçəng hadisələrinin sayı 1990-cı ildəki 1,82 milyondan 2019-cu ildə 3,26 milyona yüksəlib və 50 yaşdan kiçik insanlar arasında xərçəngdən ölüm halları 27% artıb.
Araşdırmalar göstərir ki, hər il yaşı 50-dən aşağı olan bir milyondan çox insan xərçəngdən ölür.
BMJ Oncology jurnalında dərc olunan tədqiqatın müəllifləri deyirlər ki, faktorlar arasında pis qidalanma, alkoqol və tütün istifadəsi, fiziki hərəkətsizlik və piylənmə ola bilər.
"1990-cı ildən bəri erkən mərhələdə xərçəngə yoluxma və ölüm halları bütün dünyada əhəmiyyətli dərəcədə artıb. Sağlam həyat tərzinin təşviqi, o cümlədən sağlam qidalanma, tütün və spirt istehlakının məhdudlaşdırılması və açıq havada aktivlik xərçəng ehtimalını azalda bilər", - hesabatda deyilir.
Nizami Bağırov
Şərhlər