Ölkə 20:21 28.06.2023

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda ötən son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ötən son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 8 nəfər sağalıb, ölən yoxdur.