Maqazin 11:41 10.06.2022

"Soyunmaq sənət deyil, cəsarətdir" - Azərbaycanlı şairə

"Səhnədə soyunmaq, vücudunun çıxıntılı əzələlərinin səsini çıxarmaqla sənətinin əksikliklərini maskalamaq sənət deyil, cəsarətdir. Cəsarətin də bir sərhədi var".

Qaynarinfo xəbər verir ki, bunu şairə Nazilə Səfərli sosial şəbəkə hesabında yazıb. Şairə bu paylaşımı ilə açıq-saçıq geyinən sənətçilərə işarə vurub:

"Quş ürəyini titrək bilirik, beynini ağılıszlara misal çəkirik, amma bir quşun ürəyi bir insanda yox ki, uca dağdan dərəyə şığıyıb ağzında ov qaldırsın”. Sənətçi sonda "Səhər-səhər düşündüklərimi bölüşdüm. Səhvim olsa, bağışlayın", - deyə bildirib.

Bahar