Dünya 21:23 18.06.2023

Sübutlar Kaxovka bəndini Rusiyanın partlatdığını göstərir - "New York Times"

Rusiyanın nəzarətində olan Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasının bəndi iyunun 6-da partladılıb. 

Qaynarinfo "New York Times”a istinadən xəbər verir ki, əldə olunan dəlillər bənddəki partlayışın Rusiyanın başlatdığı daxili partlayış nəticəsində baş verdiyini göstərir.

Xəbərdə bildirilib ki, mühəndislər və partlayıcılar üzrə mütəxəssislərin SES-in beton döşəməsindən keçiddə partlayan və strukturu məhv edən partlayıcı yükə işarə edən dəlillər tapıblar.

Qeud edib ki, Rusiya hökuməti Ukraynanı Krım üçün vacib su təchizatını kəsməkdə, Ukrayna isə Rusiyanı bəndi partlatmaqda, bölgədə daşqınlara səbəb olmaqda, əkin sahələrini məhv etməkdə və mülki əhalinin su təchizatını kəsməkdə ittiham edir. 

Mühəndislər bildirirlər ki, SES-də araşdırma aparmaq yalnız su tamamilə boşaldıqdan sonra mümkün olacaq və bununla da dağılmaya səbəb olan səbəblər müəyyən edilcək.

Aydın