İdman 12:05 12.01.2023

"Sumqayıt" ilk transferini reallaşdırdı

"Sumqayıt" FK dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.
 
Qaynarinfo xəbər verir ki, klub "Kolos"un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib. Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. 

"Sumqayıt"ın tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində "Şaxtyor" (Soliqorsk, Belarus), "Vitebsk" (Belarus), "Yagelloniya" (Polşa), "Zalagerseq" (Macarıstan) və "Kolos" (Ukrayna) kimi klublarda çıxış edib.
 
Səbuhi Həsənov