"Sumqayıt” Futbol Klubu Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən "Concord Deluxe” otelində məskunlaşacaq komanda bu müddət ərzində 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
12 və 17 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi hələ müəyyənləşməyib.
Səbuhi Həsənov
Şərhlər