Ekonomiks 12:17 29.04.2022

Sumqayıtda IVECO markalı avtomobillərin istehsalına başlanılır

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında "Az-Tex-Import” MMC-yə rezidentlik statusu verilib.

Bu barədə Qaynarinfo-ya İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, şirkət Parkın 3 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə IVECO markalı yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillər istehsal edəcək.

İnvestisiya dəyəri 19,2 mln manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.

Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkına artıq 5,2 milyard manat yatırılıb.