Dünya 17:34 09.07.2023

Suriyada İŞİD lideri öldürüldü (RƏSMİ)

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şərqinə hava zərbələri endirib, nəticədə İŞİD-in lideri Usamə əl-Muhacir öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə CENTCOM-un press-relizində deyilir.

"Bölgədə İŞİD-i məğlub etmək əzmində olduğumuzu açıq şəkildə bildirdik. İŞİD təkcə region üçün deyil, onun hüdudlarından kənarda da təhlükə olaraq qalır”, dryə ABŞ Mərkəzi Komandanlığının komandanı, general Maykl Kurilla bildirib.

CENTCOM-dan verilən açıqlamada hücumun MQ-9 PUA-sı ilə həyata keçirildiyi və bu PAU-nın Rusiya təyyarələri tərəfindən təqib edildiyi bildirilib: "Bu hücumda hər hansı mülki vətəndaşın öldüyünə dair heç bir əlamət yoxdur və koalisiya bir mülki vətəndaşın yaralanması ilə bağlı xəbərləri araşdırıb".

CENTCOM əlavə edib ki, İŞİD-ə qarşı əməliyyatlar - İraq və Suriyadakı tərəfdaş qüvvələrlə birlikdə qruplaşmanın son məğlubiyyətinə nail olanadək davam edəcək.

Hərbi ekspertlər hesab edir ki, bu, İŞİD-in terror hücumlarını planlaşdırmaq və həyata keçirmək qabiliyyətini zəiflədəcək və azaldacaq. 

Aydın