İdman 20:25 16.01.2024

Syerra-Leone milli komandasının futbolçusu “Neftçi”də!

"Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Qaynarinfo xəbər verir ki, Syerra-Leone milli komandasının futbolçusu Alfa Konte ilə 2.5 +1 illlik müqavilə bağlanıb. 23 yaşlı vinger komandanın heyətində 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Alfa Konte Syerra-Leonenin "Sentral Parade” (2019-2021), İsrailin "Hapoel Umm Əl-Fəhm” (2021-2022), "Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın "Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra-Leone milli komandasının heyətində 2 oyun keçirib.