İdman 16:32 29.05.2023

Taekvodoçumuz dünya çempionatında mübarizəni dayandırdı

Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda təşkil olunan dünya çempionatında ikinci görüşünü keçirib.
 
Qaynarinfo-nun məlumatına görə O, 1/16 final mərhələsində çinli Çenminq Xiao ilə qarşılaşıb. İlk döyüşündə Eldar Kurmanaliyevə (Qırğızıstan) qalib gələn təmsilçimiz bu dəfə 1:2 hesabı ilə məğlub olub. 

Bu gün start götürən dünya çempionatı iyunun 4-də başa çatacaq.
 
Yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparırlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
 
Səbuhi Həsənov