Dünya 20:45 05.08.2022

Taliban tərəfdarları ABŞ-a qarşı nümayiş keçirdi (VİDEO)

Əfqanıstanın bir sıra şəhərlərində, o cümlədən ölkənin şərqində və şimalında yüzlərlə Taliban tərəfdarı cümə günü, avqustun 5-də bu qruplaşmanın liderlərinin əmri ilə küçələrə çıxıb və Amerikanın Kabilə  Əl-Qaidə liderinin ölümünə səbəb olan hava hücumunu pisləyiblər.

Qaynarinfo bu barədə "Indipendent"ə istinadən xəbər verir.

Nümayişçilər ABŞ-ı Doha razılaşmasını pozmaqda və Əfqanıstan ərazisinə təcavüzdə ittiham edərək, Əfqanıstanın işlərinə müdaxilənin dayandırılmasını tələb ediblər.

ABŞ-ın hava hücumuna qarşı ilk etiraz mitinqləri "Haqqani” şəbəkəsinin təsir zonası olan iki əyalətdə – Xost və Paktiyada keçirilib, ondan sonra isə Badgis, Bəlx, Herat, Nimroz əyalətlərində bir neçə oxşar nümayişlər keçirilib.

Vurğulanır ki, bu etirazların keçirilməsi əmri Zəvahirinin ölümündən sonra "Haqqani” şəbəkəsinin liderləri tərəfindən verilib, yoxsa Talibanın lideri Molla Heybətullah Axundzadənin belə bir əmri olub-olmadığı hələ də bəlli deyil.

Nümayişçilər əllərində Taliban hərəkatının bayrağını tutaraq "Yaşasın İslam Əmirliyi” şüarını səsləndirərək ABŞ-a Əfqanıstanın işlərinə davamlı müdaxilənin pis nəticələr verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edilir ki, nümayişçilər "Əl-Qaidə” lideri Ayman əz-Zəvahirinin ABŞ tərəfindən öldürülməsini pisləyərək "Amerikaya ölüm” şüarları səsləndirib və Taliban əmirliyinin siyasət və planlarını dəstəklədiklərini bəyan ediblər.
 
M.Arif