Sənət 16:38 20.06.2022

Tanınmış aktyor vəfat etdi

Keçmiş SSRİ-nin tanınmış litvalı aktyoru Reqimantas Adomaytis dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı LRT yayıb.

86 yaşlı Reiqmantas Adomaytisin ölüm fatını yaxınları da təsdiqləyib.

Aktyor "Heç kim ölmək istəmirdi”, "Yaşıl furqon” filmləri ilə daha da poplyarlaşıb.

O, Litvada çoxsaylı filmlərdə və teatr tamaşalarında müxtəlif səpgili rollar alıb.

Reqimantas 1985-ci ildə SSRİ-nin xalq artisti fəxri adına layiq görülüb.
 
Xəyal