Ölkə 10:07 18.03.2023

Tanınmış fotoqraf vəfat etdi (FOTO)

Tanınmış fotoqraf Asim Talıbov dünyasını dəyişib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, uzun illər müxtəlif qurumlarda çalışmış fotoqraf 75 yaında vəfat edib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Asim Talıbov Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən olub.

Qeyd edək ki, A.Talıbovun oğlu, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi-fotoqraf Şamil Talıbov ötən ilin sentyabrında uzunsürən xəstəlik səbəbindən vaxtsız vəfat etmişdi.

Fotoda Şamil Talıbov