Ölkə 11:05 04.03.2023

Tanınmış meyxanaçı vəfat etdi (FOTO)

Tanınmış meyxanaçı, şair Cavad Ümidvar vəfat edib.

Qaynarinfo globalinfo.az-a istinadən xəbər verir ki, Lerik rayonunda yaşayıb fəaliyyət göstərən meyxanaçı uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Cavad Ümidvar uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, Milli Onkologiya Mərkəzində müalicə alırdı.