Dünya 18:49 01.07.2022

Tarixdəki ikinci ən ölümcül hücum: 600 nəfərin qatili tutuldu

İraqda "Speyker cinayəti"nin əsas iştirakçılarından biri 8 il sonra həbs olunub. 

Qaynarinfo bu barədə "Alalam" saytına istinadən xəbər verir.

Əl-Həşd əş-Şaabi Baş Təhlükəsizlik İdarəsi bu gün verdiyi açıqlamada bildirib ki, Zərqam Əbu Heydər adlı şəxs saxlanılıb. O, həmin cinayətdə "mühüm rol oynayıb".

Dindirmələr zamanı Zərqam Əbu Heydər "Speyker cinayəti"nin 600 qurbanını şəxsən öldürdüyünü etiraf edib. Onun mobil telefonunda "Spayker cinayəti"nə iştirakını sübut edən videolar tapılıb.

İŞİD terrorçusu olan Zərqam Əbu Heydər bəzi "Speyker" qurbanlarının kütləvi məzarlarının ünvanını verib.

Qeyd edək ki, 2014-cü il iyunun 12-dən 15-dək davam cinayət zaman Speyker hərbi kolleci İŞİD əlinə keçib. Kollecdəki tələbələrdən bəzisi qaça bilsə də, 1700 nəfər İŞİD tərəfindən güllələnərək edam edilib.

12-15 iyun 2014-cü ildə İŞİD Tikritdəki Speyker düşərgəsinə hücum edib. Kollecdəki tələbələrdən bəzisi qaça bilsə də, 1700 Şiə İraq Hava Qüvvələri kursantı İŞİD tərəfindən güllələnərək edam edilib. Hücum zamanı düşərgədə 4000 ilə 11000 arasında silahsız kursant olub. Bu, tarixdəki ikinci ölümcül və İŞİD tərəfindən edilən ən ölümcül hücumdur.

Qurbanların çoxunun cəsədi hələ də tapılmayıb. Zaman-zaman Dəclə çayında bir neçə cəsəd tapılıb və onların "Spayker cinayəti"nə aid olduğu bildirilib.

M.Arif