Ölkə 12:52 09.09.2023

“Tarqovı”da qadına qarşı əxlaqsız hərəkət edən şəxs həbs olundu

Bakıda "Tarqovı” adlanan ərazidə içkili vəziyyətdə tanımadığı qadına yaxınlaşaraq, əxlaqsız hərəkət edən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvvəllüdlü Qobustan rayon sakini Cabir (ad şərti) "Tarqovı”da içkili vəziyyətdə tanımadığı qadına yaxınlaşıb və sinəsinə əl atıb.

O, sentyabrın 7-də polis tərəfində evində saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib. 

Cabir məhkəmə iclasında əməlini etiraf edərək bildirib ki, sentyabrın 1-də, təxminən saat 4-5 radələrində Nəsimi rayonunda yerləşən 28 may adlanan əraziyə gələrək kafelərin birində 10-12 bokal pivə içib. Saat 7 radələrində Səbail rayonunda yerləşən Malakan bağının ərazisinə gedib. Bir müddət orada və yaxınlıqda yerləşən "Tarqovı” adlanan ərazidə gəzib. Müxtəlif vaxtlarda orada yerləşən marketlərdən birinə girərək müxtəlif növ içki, siqaret alıb. Daha sonra saat 8 radələrində Səbail rayonunda yerləşən "Azza” mağazasının yanında bir müddət durub. Həmin mağazadan 2 qadının çıxdığını görüb, içkinin təsiri altında öz hərəkətlərini idarə edə bilməyib və onlardan birinə yaxınlaşaraq əli ilə toxunub. Daha sonra taksi ilə evə gedib. 

Məhkəmənin qərarı ilə Cabir İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Əhməd