Dünya 15:16 05.07.2023

TASS: Çin 26 təyyarə, 4 gəmi ilə Tayvanı mühasirəyə aldı

Tayvan sərhədləri yaxınlığında onlarla Çin təyyarəsi və gəmisi görünüb. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Tayvan ordusunun adanın yaxınlığında Çin Xalq Azadlıq Ordusunun (AXO) 26 təyyarəsi və 4 gəmisini aşkar etdiyi vurğulanır. Eyni zamanda, doqquz təyyarə Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub və ya dörd J-10 qırıcısı, iki SU-30, bir Y-8 sualtı qayıq əleyhinə təyyarə və bir cüt J-11 qırıcıları daxil olmaqla, Tayvan boğazının median xəttini keçib.

Hədəfləri izləmək üçün Tayvan silahlı qüvvələri təyyarələri, gəmiləri və yerüstü zenit-raket sistemlərini yerləşdirib.

Xatırladaq ki, Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Rəsmi Pekin Tayvanı ÇXR-in əyalətlərindən biri hesab edir.

Alpər