Tayvan Xarici İşlər Nazirliyi bu həftə dərc etdiyi hesabatda Pekinin irəli sürdüyü "bir ölkə, iki sistem" modelini rədd etdiyini açıqlayıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
Nazirliyin sözçüsü Joan U Taybeydə keçirdiyi mətbuat konfransında "Yalnız Tayvan xalqı onun gələcəyi ilə bağlı qərar verə bilər",- deyib.
"Çin, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Taypeyə səfərindən Tayvan xalqını qorxutmaq üçün bəhanə kimi istifadə edir”, - o bildirib.
Qeyd edilir ki, Çin Xalq Respublikasının Dövlət Şurasının İdarəsi və Tayvan İşləri üzrə Dövlət Şurasının İnformasiya İdarəsi dünən - çərşənbə günü "Yeni dövrdə Tayvan məsələsi və Çinlə birləşmə" adlı hesabat dərc edib. Bu hesabat həmçinin Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir.
M.Arif
Şərhlər