Foto 23:00 18.09.2022

Tayvanda zəlzələ olub, ölən və xəsarət alanlar var (FOTO)

Tayvanın şərqində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı bir nəfər ölüb, daha 79 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə adanın mərkəzi informasiya agentliyi məlumat yayıb.

Yeraltı təkanlar körpülərə, yollara, binalara və infrastruktura ciddi ziyan vurub. Hualien əyalətinin Yuyli qəsəbəsində sement zavodunun işçisi dağıntılar altında ölüb. Həmin qəsəbədə ticarət mərkəzinin fəaliyyət göstərdiyi üçmərtəbəli ev uçub. Dağıntılar altında dörd nəfər, o cümlədən bir qadın və beş yaşlı qız qalıb. Xilasedicilərin onları çıxarması üç saatdan çox çəkib.