Dünya 14:34 07.08.2022

Tayvandan Çinin hərbi təlimlərinə cavab

Tayvanın Müdafiə Nazirliyi elan edib ki, Çinin adalar ətrafında keçirdiyi hərbi təlimlərə "uyğun cavab" vermək üçün bir neçə döyüş təyyarəsi və gəmi göndərib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Nazirlik mətbuata açıqlamasında bildirib ki, bir neçə döyüş gəmisi, döyüş təyyarəsi və pilotsuz təyyarə hərbi təlim keçirmək üçün bazar günü Tayvanın ətrafında hərbi təlimlər keçirməyə başlayıb.

Tayvanın addımdan sonra ekspertlər bu ölkə və Çin arasında münaqişə ehtimalı barədə xəbərdarlıq ediblər.

Qeys edək ki, ABŞ dünən Çinin Tayvan boğazında və ətrafındakı hərəkətlərinin "təxribat və məsuliyyətsiz" olduğunu qeyd etmişdi.

Tayvan səlahiyyətliləri daha əvvəl elan etmişdilər ki, Çin qırıcıları və gəmiləri bu hərbi təlimdə adaya hücumu simulyasiya ediblər.

M.Arif