İdman 18:39 11.02.2023

Təcüavüzdə ittiham olunan Alveşin işində yeni sübut tapıldı

Məşhur braziliyalı futbolçu Dani Alveşin gecə klubunda bir qıza təcavüz etməsi ilə bağlı yeni sübutlar tapılıb. 

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, gecə klubunda qadına təcavüzdə ittiham edilən "Barselona"nın və Braziliya millisinin keçmiş müdafiəçisi hazırda həbsdədir.

Alveşin qurbanı ilə cinsi əlaqədə olduğunu təsdiqlənib. Məhkəmə ekspertləri müxtəlif yerlərdən götürülmüş bir neçə sperma nümunəsini təhlil ediblər. Zərərçəkənin intravaginal müayinəsindən sperma qalıqları əldə olunub. Baş verənlərdən iki gün sonra qız hadisə gecəsi geyindiyi paltarı polisə verib və onun da üzərində də sperma izləri aşkarlanıb. 

Qızın alt paltarında və gecə klubunun tualetinin döşəməsində tapılan sperma nümunələri də analiz edilib. Bütün bu nümunələr iddia edilən təcavüzdən dərhal sonra, gecə tapılıb. Mütəxəssislər Alveşin DNT-sini və əldə edilən sperma qalıqlarının dörd nümunəsini müqayisə edərək, bunun Daniyə aid olduğunu müəyyənləşdiriblər.

Baş verənlərlə bağlı verdiyi ifadəni dörd dəfə dəyişən braziliyalı əvvəlcə həmin qızı tanımadığını desə də, sonradan onu gördüyünü, amma heç nə etmədiyini bildirib. Növbəti ifadələrində oyunçu özünü rahatlatmaq istəyən zaman xanım tərəfindən hücuma məruz qaldığını söyləyib. Buna baxmayaraq, əldə edilən nümunələr Alveşin həmin qızla cinsi əlaqədə olması barədə məlumatlarla üst-üstə düşür. Bunlar tam təsdiqini taparsa, futbolçunu 12 ilə qədər həbs cəzası gözləyir.

Səbuhi Həsənov