İdman 12:27 28.03.2023

Telefona baxıb qolu ləğv etdi, hakimlikdən uzaqlaşdırıldı (VİDEO)

Misirin ikinci divizionunda baş tutan "Suez Sportinq" və "Al Nasr" matçında azarkeşlər maraqlı anlara şahidlik edib.

Qaynarinfo xəbər verir ki, qarşılaşmanın hakimi Məhəmməd Faruk matçda azarkeşlərdən birinin mobil telefonundan istifadə edərək qola icazə verməyib. 

İkinci divizionda video köməkçi hakim (VAR) olmadığı üçün referi fərqli üsuldan istifadə etmək qərarına gəlib və qolu qeydə almayıb. Onun bu qərarı "Al Nasr" futbolçularının və azarkeşlərinin qəzəbinə səbəb olub. Nəticədə hakim stadionu polis müşayəti altında tərk etmək məcburiyyətində qalıb. Bununla yanaşı "Al Nasr" rəsmiləri qaydaları pozduğuna görə hakimə qarşı hüquqi tədbirlər görəcəkləri ilə hədələyiblər.

Oyun zamanı çıxardığı qərara görə Faruk qeyri-müəyyən müddətə hakimlikdən kənarlaşdırılıb. Bu barədə Misirin Hakimlər Komitəsinin rəhbəri Vitor Pereyra ölkənin futbol assosiasiyasına (EFA) açıqlamasında bildirib. O, hakimin köməkçiləri ilə birlikdə qeyri-müəyyən müddətə futboldan uzaqlaşdırılmasına qərar veriildiyini deyib. Assosasiyanın bəyanatında da baş hakimin mobil telefondan istifadə edərək matçın görüntülərindən birinə baxdığı zaman baş vermiş insidentin araşdırıldığı bildirilib. 

Qarşılaşmanın bitməsinə 15 dəqiqə qalmış daha bir qol vuran "Suez Sportinq" sonda 3:1 hesabı ilə qalib gəlib.

Səbuhi Həsənov