Ölkə 23:57 18.02.2023

Təranə Heybətova: "Ciyərlərimiz yanır, bir gün deyil, hər gün ölürük" (FOTO)

"Türk qardaşlarımıza səbr arzulayıram. Allahdan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara şəfa diləyirəm. Həmişə bir olmuşuq, olacağıq da”.

Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış həkim-endokrinoloq, iş xanımı Təranə Heybətova deyib.

Onun sözlərinə görə, ayın 6-da baş verən zəlzələ son 100 ildə Türk millətinin ən böyük fəlakətidir:

"Ciyərlərimiz yanır. Bir gün deyil, hər gün ölürük. İnsan həyatı hər şeydən önəmlidir. Qardaş ölkə olan Türkiyədə ölü sayı hər dəqiqə, hər saniyyə artır. Deyəcək bir şey yoxdur. Axı uşaqlar günahsızdır. Zəlzələ qurbanları və zərərçəkənlər üçün ürəyim yerindən çıxır. Zəlzələdən zərər çəkmiş hər kəs üçün dualarımı və sevgimi göndərirəm. Türkiyə də bizim xalqımızdır".

R.Heybətova hər kəsin fikrinin Türkiyənin yanında olduğunu vurğulayıb.

"Yardım etmək borcumuzdur. Heç olmasa, nə iləsə, o borcdan çıxmalıyıq. Nəyə gücümüz çatırsa, onu da etməliyik. İnsan kömək etdikcə sanki rahatlaşır. Çünki borcunu qismən də olsa ödədiyini hiss edir. Qardaş ağlayırsa, bacı necə olar? Türk bizim qanımız, canımız, bir parçamızdır. Onların dərdi bizim dərdimizdir. Biz evdə yeyib, içirik. Lakin onlar çöldə qalıblar. Özümü bağışlaya bilmirəm. Qardaşın harayına qardaş qaçar. Azərbaycan xalqının qədrini bütün dünya bilməlidir. Bizim millətdən yoxdur. Yardım edən hər kəsə təşəkkür edirəm. Əziz qardaş və bacılarımız, bu fəlakət qarşısında qəlbim sizinlədir", - deyə o, qeyd edib..

Xatırldaq ki, Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan 7,7 və 7,6 ballıq zəlzələlərdən 9 gün keçməsinə baxmayaraq hələ də, dağıntılar altında minlərlə insan qalıb. Dünənə olan məlumata görə, əsrin fəlakətində həyatını itirənlərin sayı 40 min 436-ya yüksəlib. Zəlzələnin ilk anından etibarən aparılan axtarış-xilasetmə işləri davam edərkən, can itkisi artır.